Boksçumuz respublika turnirin qalibi olub

img-20161129-wa0011Noyabrın 22-26-da Azərbaycan Boks Federasiyasının boks zalında 2001-2002-ci illər təvəllüdlü yeniyetmələr arasında respublika turniri keçirilib. Yarışda 200-dən çox boksçu bacarığını nümayiş etdirib. Turnirdə Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin “Gömrükçü” İdman Klubunun 1 saylı Bakı və 5 saylı Ağdaş filiallarından 16 idmançı mübarizə aparıb. 5 saylı Ağdaş filialının nümayəndəsi Rüfət Nəbiyev (66 kq) finalda Sumqayıt təmsilçisinə qalib gələrək çempion adını qazanıb. Klubun 1 saylı Bakı filialının nümayəndəsi Kənan Xandəmirov (50 kq) isə bürünc medala layiq görülüb.img-20161129-wa0013

img-20161129-wa0012

Bu xəbərə də bax

Qalib idmançılarla görüş keçirilib

Avqustun 17-19-da Latviyanın Riqa şəhərində cüdo üzrə yeniyetmələr arasında  keçirilən Avropa birinciliyində uğur qazanan “Gömrükcü” İdman …