Boksçumuz beynəlxalq turnirdə bürünc medal qazanıb

Fevralın 8-dən 13-dək Belarusun Qomel şəhərində 1999-2001-ci illər təvəllüdlü yeniyetmələr arasında boks üzrə SSRİ-nin mütləq çempionu, beynəlxalq dərəcəli idman ustası Aleksey Yukovun şərəfinə XXI Açıq vilayət turniri keçirilib. Yarışda Azərbaycanla yanaşı, Rusiya, Ukrayna, Litva, Polşa, Belarus və Böyük Britaniya ölkələrinin boksçuları çıxış ediblər.
Yarışda Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin “Gömrükçü” İdman Klubunu yığma komandanın tərkibində boksçumuz Rüfət Nəbiyev (66 kq) təmsil edib. İdmançımız bürünc medala sahib çıxıb. Ümumi hesabda Rusiya birinci, Ukrayna ikinci, Azərbaycan yığması üçüncü pillədə qərarlaşıb.

Bu xəbərə də bax

Qalib idmançılarla görüş keçirilib

Avqustun 17-19-da Latviyanın Riqa şəhərində cüdo üzrə yeniyetmələr arasında  keçirilən Avropa birinciliyində uğur qazanan “Gömrükcü” İdman …