Boksçumuz Bakı birinciliyində bürünc medal qazandı

foto

Aprelin 18-dən 23-dək boks üzrə 2002-2003-cü illər təvəllüdlü kiçikyaşlı yeniyetmələr arasında Bakı şəhər birinciliyi keçirilib. Yarışda Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin «Gömrükçü» İdman Klubunun 11 idmançısı mübarizə aparıb. Birincilikdə «Gömrükçü» İdman Klubunun boks üzrə baş məşqçisi İsgəndər Rizayevin rəhbərliyi altında Məhərrəm Alışıyev (54 kq), Fariz Süleymanov (38 kq), Cavid Hüseynov (57 kq), Əli Əsədullayev (64 kq), Hüseyn Babazadə (66 kq), Vüqar İsmayılov (50 kq), Əli Vəliyev (66 kq), Hüseyn Talıbov (38,5 kq), Mirsahib Bayramov (40 kq), Səmədağa Səmədov (40 kq) və Osman Əliyev (43 kq) qüvvələrini sınayıblar. «Gömrükçü» İdman Klubunun boksçusu Əli Vəliyev (66 kq) bürünc medala layiq görülüb.

Bu xəbərə də bax

Qalib idmançılarla görüş keçirilib

Avqustun 17-19-da Latviyanın Riqa şəhərində cüdo üzrə yeniyetmələr arasında  keçirilən Avropa birinciliyində uğur qazanan “Gömrükcü” İdman …