Boksçumuz Avropa üçüncüsü olub

 

Oktyabrın 20-dən 29-dək Türkiyənin Antaliya şəhərində boks üzrə gənclər arasında Avropa birinciliyi keçirilib. Yarışda Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin boksçusu Sürət Qarayev yığma komandanın tərkibində ölkəmizi təmsil edib. İdmançımız ilk görüşdə avstriyalı rəqibini 4:1 hesabı ilə məğlub edib. Daha sonra Sürət polşalı rəqibinə 5:0 hesabı ilə qalib gəlib. İdmançımız finala çıxışda Rusiyadan olan ötənilki Avropa çempionuna məğlub olaraq üçüncü pillədə qərarlaşıb.

Bu xəbərə də bax

Qalib idmançılarla görüş keçirilib

Avqustun 17-19-da Latviyanın Riqa şəhərində cüdo üzrə yeniyetmələr arasında  keçirilən Avropa birinciliyində uğur qazanan “Gömrükcü” İdman …