Boksçularımız Bakı çempionatında 1 qızıl, 1 gümüş, 4 bürünc medala sahib çıxıblar

Noyabrın 27-dən dekabrın 2-dək Azərbaycan Boks Mərkəzində boks üzrə Bakı çempionatı keçirilib. Yarışda Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin “Gömrükçü” İdman Klubunun təmsilçiləri uğurla çıxış edərək 1 qızıl, 5 bürünc medal qazanıblar. Elnur Muradov (49 kq) bütün rəqiblərini üstələyərək çempion adını qazanıb. Qarayev Surət (81 kq) gümüş, Ramazan Babayev (52 kq), Namiq Abbasov (60 kq), Elşad Muradov (75 kq), Zeynal Rəsulov (+91 kq) isə bürünc medallara sahib çıxıblar. Xatırladaq ki, komandamızın üzvlərindən Surət Qarayev oktyabr ayında Türkiyədə keçirilən Avropa birinciliyində bürünc medal əldə etmişdi.

Bu xəbərə də bax

Qalib idmançılarla görüş keçirilib

Avqustun 17-19-da Latviyanın Riqa şəhərində cüdo üzrə yeniyetmələr arasında  keçirilən Avropa birinciliyində uğur qazanan “Gömrükcü” İdman …