Boksçularımız Bakı birinciliyində mübarizəyə qoşulublar

05-24.12.15-1

Aprelin 18-də boks üzrə 2002-2003-cü illər təvəllüdlü kiçikyaşlı yeniyetmələr arasında Bakı şəhər birinciliyinə start verilib. Boks Mərkəzində keçirilən yarışda Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin «Gömrükçü» İdman Klubunun 11 idmançısı mübarizəyə qoşulub. Birincilikdə «Gömrükçü» İdman Klubunun boks üzrə baş məşqçisi İsgəndər Rizayevin rəhbərliyi altında Məhərrəm Alışıyev (54 kq), Fariz Süleymanov (38 kq), Cavid Hüseynov (57 kq), Əli Əsədullayev (64 kq), Hüseyn Babazadə (66 kq), Vüqar İsmayılov (50 kq), Əli Vəliyev (66 kq), Hüseyn Talıbov (38,5 kq), Mirsahib Bayramov (40 kq), Səmədağa Səmədov (40 kq) və Osman Əliyev (43 kq) qüvvələrini sınayırlar. Bakı birinciliyinə aprelin 23-də yekun vurulacaq.

 

Bu xəbərə də bax

Qalib idmançılarla görüş keçirilib

Avqustun 17-19-da Latviyanın Riqa şəhərində cüdo üzrə yeniyetmələr arasında  keçirilən Avropa birinciliyində uğur qazanan “Gömrükcü” İdman …