Boks üzrə birincilikdə qaliblər müəyyən olub

12

Sentyabrın 23-27-də Azərbaycan Texniki Universitetinin İdman zalında  Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin  “Gömrükçü” İdman Klubunun boks idman növü üzrə 1999-2001-ci illər təvəllüdlü yeniyetmələri arasında “Qurban Bayramına” həsr olunmuş açıq birincilik keçirilib.

13 idman klubundan 79 idmançının iştirakı ilə baş tutmuş yarış gərgin mübarizə şəraitində başa çatıb.

Aşağıda adları çəkilən klublar komanda sayı üzrə müvafiq yerləri tutublar:

I yer “Rabitə” İK
II yer”Gömrükçü” İK
III yer “Abşeron” İK

Həmçinin yarışda fərqlənmiş idmançılara İdman Sağlamlıq Mərkəzinin rəhbərliyi tərəfindən xüsusi mükafatlar verilib:

Ən texnikalı idmançı-Nicat Həsənov

Ən əzmkar idmançı-Polat Hüseynov

Ən gənc idmançı-Rüfət Nəbiyev

Ən yaxşı hakim-Fikrət Hacıyev

Ən yaxşı hakim-Ceyhun Əbiyev

Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin  “Gömrükçü” İdman Klubunun boks idman növü üzrə 1999-2001-ci illər təvəllüdlü yeniyetmələr arasında “Qurban Bayramına” həsr olunmuş açıq birinciliyində Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin Ədalətli Oyunlar Komissiyasnın sədri Xəzər İsayev tərəfindən Ədalət prinsiplərinə sadiq olan idmançı, məşqçi və hakim nominasiyası üzrə xüsusi hədiyyələr təqdim olunub.

Ədalət prinsiplərinə sadiq olan idmançı-Xəlilov Elvin

Ədalət prinsiplərinə sadiq olan məşqçi-Əlimranov İlham

Ədalət prinsiplərinə sadiq olan hakim-Ramazanov  Əliağa

11

13

14

15

16

17

 

Bu xəbərə də bax

AzƏOK-tərəfindən müxtəlif illərdə təsis olunan mükafatlar

AzƏOK 2007-ci ildən etibarən hər il ənənəvi olaraq idman ictimaiyyətinin diqqətini bu sahəyə cəlb etmək, …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.