Boks üzrə birinciliyə start verilib

????????????????????????????????????

Sentyabrın 23-27-də Azərbaycan Texniki Universitetinin İdman zalında  Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin  “Gömrükçü” İdman Klubunun boks idman növü üzrə 1999-2000-2001-ci illər təvəllüdlü yeniyetmələr arasında “Qurban Bayramına” həsr olunmuş açıq birinciliyi start götürüb.
Yarışın açılış  mərasimində çıxış edən Milli Olimpiya Komitəsinin vitse-prezidenti, DGK İdman Sağlamlıq Mərkəzinin baş direktoru Xəzər İsayev Qurban Bayramı münasibətilə dünya müsəlmanlarını təbrik edib, bu bayramın xalqımıza və millətimizə xeyirli olmasını arzulayıb. Xəzər müəllim qeyd etmişdir ki, bu cür yarışların keçirilməsi yeniyetmələrin inkişafı, idmançılaın bu sahəyə olan marağının və təcrübəsinin artırılmasında  mühüm rol oynayır.

Daha sonra Yasamal rayon Gənclər və İdman İdarəsinin rəisi İlham Səfərov çıxış edərək idmançılara uğurlar arzulayıb.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndikdən sonra yarışlar açıq elan edilib.
Xatırladaq ki, bu yarışda 13 çəki dərəcisndə 79 idmançı öz qüvvəsini sınayacaq.

Yarışa “Gömrükçü” 1 saylı Bakı, “Gömrükçü” 5 saylı Ağdaş, Zenit İK, MOİK, “Qızıl Əlcək” İK, Dinamo İK, Sədərək İK, Abşeron İK, Rabitə İK,  Gilan İK, Təhsil İK, “Baku Fires”, 8 saylı UGİM  kimi idman klublarının qatılması güclü rəqabətdən xəbər verir.

2

4

5

Bu xəbərə də bax

AzƏOK-tərəfindən müxtəlif illərdə təsis olunan mükafatlar

AzƏOK 2007-ci ildən etibarən hər il ənənəvi olaraq idman ictimaiyyətinin diqqətini bu sahəyə cəlb etmək, …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.