BOK Beynəlxalq Təbiəti Mühafizə İttifaqı ilə müqavilə imzalayıb

375-olimpiada-2024-kondidaty-big

Beynəlxalq Olimpiya Komitəsi (BOK) Beynəlxalq Təbiəti Mühafizə İttifaqı (BTMİ) ilə müqavilə imzalayıb. Müqavilənin imzalanmasında məqsəd Olimpiada-2014-ə ev sahibliyi etmək uğrunda mübarizə aparan namizəd şəhərlərə dəstək verməkdir.
«Beynəlxalq Təbiəti Mühafizə İttifaqı öz sahəsi üzrə aparıcı ekspertdir və biz bu təşkilatın texniki ekspertiza göstəricilərini yüksək qiymətləndiririk. Hansı ki, bu göstəricilər Olimpiada-2024-ə ev sahibliyi etmək uğrunda mübarizə aparan namizəd şəhərlərə kömək etmək üçün çox vacibdir»,- deyə BOK prezidenti Tomas Bax bildirib.
BTMİ müqavilənin şərtlərinə uyğun olaraq Olimpiada-2024 uğrunda mübarizə aparan Los-Anceles (ABŞ), Roma (İtaliya), Budapeşt (Macarıstan) və Paris (Fransa) şəhərləri ilə bağlı ekologiya və ətraf mühitin mühafizəsi məsələlərini diqqətdə saxlayacaq.

Bu xəbərə də bax

Qalib idmançılarla görüş keçirilib

Avqustun 17-19-da Latviyanın Riqa şəhərində cüdo üzrə yeniyetmələr arasında  keçirilən Avropa birinciliyində uğur qazanan “Gömrükcü” İdman …