Bir yarışda 8 idmançımız uğur qazanıb

27635

Sentyabrın 3-5-də İmişli rayonunda yeniyetmələr arasında sərbəst güləş üzrə IV respublika turniri keçirilib.

Azərbaycanının milli qəhrəmanı Vaqif Xudiyevin xatirəsinə həsr olunmuş yarışda 1998-2000 və 2001-2003-cü illər təvəllüdlü idmançılar iştirak ediblər. Yarışda Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin “Gömrükçü” İdman Klubunun 8 idmançısı uğur qazanıb. Onlardan Sadiq Dadaşlı 42 kq, Tural İsmayılov 76 kq, Murad Şamilzadə 50 kq çəki dərəcəsində mübarizə apararaq I yerə, Əli Qurbanov 100 kq çəki dərəcəsində II yerə və Sarvan Sadıqov 46 kq çəki dərəcəsində III yerə layiq görülüblər. Mərkəzin digər idmançılarından Tural Əsgərov 35 kq çəki dərəcəsində I, İlham Ağayev 38 kq çəki dərəcəsində II, Cavid Sadıqov 29 kq çəki dərəcəsində III yerləri qazanıblar. Qeyd edək ki, idmançılarımızı bu yarışa məşqçilər İlham Məmmədov və Sadiq İsayev hazırlayıb.

Bu xəbərə də bax

AzƏOK-tərəfindən müxtəlif illərdə təsis olunan mükafatlar

AzƏOK 2007-ci ildən etibarən hər il ənənəvi olaraq idman ictimaiyyətinin diqqətini bu sahəyə cəlb etmək, …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.