Beynəlxalq turnirdən 1 qızıl, 1 bürünc medal

İyulun 23-28-də Dağıstanın İzberbaş şəhərində SSRİ idman ustası Abdulla İdrisovun xatirəsinə həsr olunmuş boks üzrə beynəlxalq turnir keçirilib.  Yarışda Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin “Gömrükçü” İdman Klubunun təmsilçiləri də qüvvələrini sınayıblar. Yeniyetmə boksçularımızdan məşqçi-müəllim Ceyhun Rüstəmovun yetirmələri  Fərid Kosayev (52 kq) qızıl, Əhəd Rüstəmli (32 kq) bürünc medal qazanıblar.

Bu xəbərə də bax

Qalib idmançılarla görüş keçirilib

Avqustun 17-19-da Latviyanın Riqa şəhərində cüdo üzrə yeniyetmələr arasında  keçirilən Avropa birinciliyində uğur qazanan “Gömrükcü” İdman …