Beynəlxalq Ədalətli Oyunlar Hərəkatı ötən əsrin 60-cı illərində yaradılıb

logo_fair_playHər bir idman növü üzrə yarışlar, sözsüz ki, müəyyən olunmuş qaydalar çərçivəsində keçirilir. İdman növlərinin qaydalarının yaranması və təkmilləşdirilməsinin əsasını təşkil edən ədalətli oyunlar rəqibə və azarkeşlərə hörmət, nəzakət və yarış qaydalarına riayət etmək, bu qaydalara hörmətlə yanaşmaq kimi xüsusiyyətləri özündə əks etdirir.
Müasir Olimpiya oyunlarının bərpasının ilk illərində meydana gələn ədalətli oyunlar ideyası sonradan daha da inkişaf etdirilib. Ötən əsrin 60-cı illərində ədalətli oyunlarla bağlı beynəlxalq hərəkat yaradılıb. İlk ədalətli oyunlar təşkilatının təsis olunması fikri 1963-cü ildə YUNESKO, Beynəlxalq İdman və Bədən Tərbiyəsi Komitəsi, Beynəlxalq İdman Jurnalistləri Assosiasiyası nümayəndələrinin seminarında səslənib. 1963-cü il dekabrın 5-də Parisdə yaradılan ədalətli oyunlar üzrə Pyer de Kuberten Fondu 1973-cü ildən Beynəlxalq Ədalətli Oyunlar Komitəsi (CİFP) adlandırılıb. Təşkilatın yaradılmasında məqsəd Ədalətli Oyunlar Hərəkatını bütün dünyada yaymaqdır. CİFP idman sahəsində Olimpiya Komitələri, milli və beynəlxalq federasiyalarla qarşılıqlı əməkdaşlıq edir. 2000-ci ildən CİFP-in prezidenti macarıstanlı Jeno Kamutidir. Qeyd edək ki, 2015-ci ilin oktyabrın 8-dən 11-dək Bakıda Avropa və Beynəlxalq Ədalətli Oyunlar Hərəkatının birgə konqresi, Avropa Ədalətli Oyunlar Hərəkatının (AƏOH) 21-ci Baş Assambleyasında və Dünya Ədalətli Oyunlar üzrə mükafatlandırma mərasimi keçirilib.

 

Bu xəbərə də bax

Qalib idmançılarla görüş keçirilib

Avqustun 17-19-da Latviyanın Riqa şəhərində cüdo üzrə yeniyetmələr arasında  keçirilən Avropa birinciliyində uğur qazanan “Gömrükcü” İdman …