Bakıda keçiriləcək Qran Pri yarışında DGK İSM “Gömrükçü”İK-nın idmançısı qüvvəsini sınayacaq

Mayın 24-25-də Bakıda paracüdo üzrə Qran Pri yarışı keçiriləcək. Yarışda kişi və qadın komandalarımızın hər birində doqquz cüdoçu olmaqla tam heyətlə mübarizə aparacaq. Kişilər arasında Vüqar Şirinli, Orxan Qarayev (hər ikisi -60 kq), Bayram Mustafayev, Namiq Abbaslı (-66 kq), Ramil Qasımov (-73 kq), Hüseyn Rəhimli (-81 kq), Rövşən Səfərov (-90 kq), Kənan Abdullaxanlı (-100 kq), İlham Zəkiyev (+100 kq), qadınlar arasında Şahanə Hacıyeva (-48 kq), Bəsti Səfərova, Səbinə Abdullayeva (hər ikisi -52 kq), Afaq Sultanova, Sevda Vəliyeva (hər ikisi -57 kq), Xanım Hüseynova (-63 kq), Zülfiyyə Hüseynova (-70 kq), Xatirə İsmiyeva, Dürsədəf Kərimova (+70 kq) mübarizə aparacaq. Qeyd edək ki, paracüdo üzrə Qran Pri Tokio Yay Paralimpiya Oyunlarına lisenziya xalları qazandıracaq yarışda qüvvəsini sınayacaq Zülfiyyə Hüseynova Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin “Gömrükçü” İK-nın təmsilçisidir.

Bu xəbərə də bax

Qalib idmançılarla görüş keçirilib

Avqustun 17-19-da Latviyanın Riqa şəhərində cüdo üzrə yeniyetmələr arasında  keçirilən Avropa birinciliyində uğur qazanan “Gömrükcü” İdman …