Bakıda IV İslam Həmrəylik Oyunlarının Əlaqələndirmə Komissiyasının dördüncü iclası işə başlayıb

14785895452881857236_1000x669Noyabrın 8-də Bakıda IV İslam Həmrəylik Oyunlarına hazırlıq məqsədilə Əlaqələndirmə Komissiyasının dördüncü iclası işə başlayıb.

Iclasda IV İslam Həmrəylik Oyunlarının icraçı direktoru, gənclər və idman naziri Azad Rəhimov, İslam Həmrəyliyi İdman Federasiyasının (ISSF) ikinci vitse-prezidenti Çingiz Hüseynzadə, ISSF-in baş katibi Faisal Abdulaziz Al-Nassar, federasiyasının birinci vitse-prezidenti, Əlaqələndirmə Komissiyasının sədri, polkovnik Hamad Kalkaba Malboum, MOK-un baş katibi Ağacan Abiyev, MOK-un vitse-prezidenti Xəzər İsayev və digər rəsmilər iştirak edirlər.dsc_0237

İki gün davam edəcək iclasın birinci günündə yarışda iştirak edəcək idmançıların sayı, idman növləri, nəqliyyat, infrastruktur, könüllülərlə işin qurulması və digər mövzular müzakirə olunur.dsc_0238

İclasın ikinci günündə isə idmançıların iştirakı, yarışlar, marketinq, yayım, kommersiya, açılış və bağlanış mərasimlərinin təşkili məsələləri ətrafında fikir mübadiləsi aparılacaq.

dsc_0243Əlaqələndirmə Komissiyasının üçüncü iclası IV İslam Həmrəylik Oyunlarının başlanmasına bir il qalmış – mayın 12-də Bakıda təşkil olunmuşdu.

Bu xəbərə də bax

Qalib idmançılarla görüş keçirilib

Avqustun 17-19-da Latviyanın Riqa şəhərində cüdo üzrə yeniyetmələr arasında  keçirilən Avropa birinciliyində uğur qazanan “Gömrükcü” İdman …