Bakıda birinci Türk Universiadası başa çatıb

Aprelin 6-da start götürən Bakı İdman Sarayında Birinci Türk Şurası Universiada İdman oyunlarına bu gün yekun  vurulub. Tədbirin təntənəli açılış mərasimində türk dünyasının tarixi, mədəniyyəti, ənənələri və  görkəmli şəxsiyyətləri barədə məlumat verilib, Azərbaycanın milli rəqsləri nümayiş olunub. Gənclər və idman naziri Azad Rəhimov türk dünyasını ortaq dil və mədəniyyətin birləşdirdiyini deyib. Bildirib ki, türkdilli dövlətlər beynəlxalq arenada hər zaman bir-birini müdafiə edib, eyni mövqedən çıxış ediblər. Qeyd olunub ki, Türk Universiadası türkdilli dövlətlər arasında diplomatik əlaqələrlə yanaşı, idman sahəsində də sıx əməkdaşlıq mövcud olduğunu göstərir. Bu tədbir türkdilli ölkələr arasında idman sahəsində təcrübə mübadiləsinin aparılması baxımından da vacibdir. Yarışlar Futzal, Voleybol, şahmat, stolüstü tennis, cüdo , sərbəst və yunan-roma güləşi olmaqla ümumilikdə 7 idman növü üzrə keçirilib. Azərbaycan milli komandasından sonra yarışlara ən böyük heyətlə qatılan Türkiyə idmançıları olub. Qeyd edək ki, Universiadada Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin “Gömrükçü” İdman Klubunun güləşçiləri Rahid Həmidli, İbrahim Nurullayev və şahmatçısı Səbinə İbrahimova da qüvvəsini sınayıb. Şahmatçımız bu yarışda şəxsi və komanda hesabında birinci pillədə qərarlaşıb. Sərbəst güləşçimiz Rahid Həmidli (125 kq) və yunan-Roma güləşçimiz İbrahim Nurullayev isə gümüş medallar qazanıblar.

 

Bu xəbərə də bax

Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında Azərbaycan millisinin hesabında 3 qızıl, 1 gümüş və 2 bürünc medal var

Argentinanın paytaxtı Buenos-Ayresdə təşkil olunan Yeniyetmələrin III Yay Olimpiya Oyunları davam edir. Hazırda Azərbaycan millisinin …