Bakıda atıcılıq üzrə Dünya kuboku yarışına start verilib

468474_6Iyunun 20-də Beynəlxalq Atıcılıq İdmanı Federasiyasının təqvim planına əsasən Bakıda atıcılıq növü üzrə dünya kuboku yarışı başlayıb. Bakı Atıcılıq Mərkəzində keçirilən dünya reytinq cədvəlində xüsusi yer tutan yarışda 80 ölkədən 1013 idmançı mübarizə aparır. Qeyd edək ki, yarışda Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin “Gömrükçü” İdman Klubunun təmsilçisi Əlimirzə Quliyev də qüvvəsini sınayır. Dünya kuboku Rio-2016 Yay Olimpiya Oyunları ərəfəsində son mərhələ yarışıdır.468474_2

İyunun 29-da başa çatacaq dünya kuboku yarışı Azərbaycan Atıcılıq Federasiyasının təşkilatçılığı, Milli Olimpiya Komitəsinin, Gənclər və İdman Nazirliyinin və “Qəbələ” Atıcılıq Klubunun dəstəyi ilə təşkil olunub.
14664889256487138295_1000x669

Sentyabrın 16-23-də isə “Qəbələ” atıcılıq klubunda Olimpiya atıcılıq növləri üzrə dünya kuboku yarışlarının final mərhələsi keçiriləcək.14664889256313536245_1000x669

Yarışlar Beynəlxalq İdman Atıcılıq Federasiyasının rəsmi televiziya kanalı “ISSF TV” vasitəsilə dünyanin bir çox olkələrdə canlı yayımlanır.14664889255918331058_1000x669

 

Bu xəbərə də bax

Qalib idmançılarla görüş keçirilib

Avqustun 17-19-da Latviyanın Riqa şəhərində cüdo üzrə yeniyetmələr arasında  keçirilən Avropa birinciliyində uğur qazanan “Gömrükcü” İdman …