Bakıda 17 yaşadək futbolçular arasında Avropa çempionatının təntənəli açılış mərasimi keçirilib

146247116720769771_1000x669

Mayın 5-də Bakı Olimpiya Stadionunda 17 yaşadək futbolçular arasında Avropa çempionatının təntənəli açılış mərasimi keçirilib. Çempionatın açılış mərasimində leytmotiv kimi xalqımızın qədim mədəniyyətinin və zəngin dəyərlərinin nümayişi diqqət mərkəzində saxlanılıb. Stadiona çıxan rəqqaslar və şouda iştirak edən yerli könüllülər çıxışlarında Azərbaycanın qədim ənənələrinə uyğun olaraq onun idman, futbol və mədəni komponentlərini nümayiş etdirdilər.
Azərbaycan Respublikasının Əməkdar Artisti, “UEFA U-17 Avropa çempionatı Azərbaycan-2016”nın səfiri Röya Ayxanın və populyar müğənni Miri Yusifin ifaları stadiona toplaşan azarkeşlər tərəfindən böyük coşqu ilə qarşılandı. Hər iki müğənni Avropa çempionatının “Biz qalib olmalıyıq!” adlı rəsmi himnini duet şəklində ifa etdilər. Musiqisi İsmayıl Əsədova və Ramin Vəlibəyova, sözləri isə İsmayıl Əsədova məxsus olan himnə futbol mövzusunda klip çəkilib.

14624711675675155649_1000x669

Daha sonra Azərbaycanın və Portuqaliyanın 17 yaşadək futbolçulardan ibarət milli komandaları yaşıl meydana daxil oldular. Portuqaliya və Azərbaycanın dövlət himnləri səsləndirildikdən sonra komandaların oyunu başladı.
“UEFA U-17” çempionatının Azərbaycanda təşkil olunması barədə qərar UEFA İcraiyyə Komitəsinin 2012-ci il martın 20-də Türkiyənin İstanbul şəhərində keçirilmiş iclasında qəbul olunub.
On yeddi yaşadək futbolçular arasında “UEFA U-17” Avropa çempionatının oyunları Bakıda yerləşən 4 stadionda keçiriləcək. Açılış oyunu, yarımfinal qarşılaşmaları və final matçı Bakı Olimpiya Stadionunda təşkil olunacaq. Suraxanı qəsəbəsindəki “Qarabağ” stadionunda yalnız qrup oyunları keçiriləcək. Burada 6 qarşılaşma oynanılacaq. “8-ci Kilometr” stadionunda 8 (2-si 1/4 final qarşılaşması olmaqla), “Dalğa Arena”da 8 (2-si 1/4 final qarşılaşması olmaqla), Bakı Olimpiya Stadionunda isə 9 oyun təşkil olunacaq.
Çempionata mayın 21-də yekun vurulacaq.

1462471167414591982_1000x669

Bu xəbərə də bax

Qalib idmançılarla görüş keçirilib

Avqustun 17-19-da Latviyanın Riqa şəhərində cüdo üzrə yeniyetmələr arasında  keçirilən Avropa birinciliyində uğur qazanan “Gömrükcü” İdman …