Bakı şəhər birinciliyindən 1 qızıl, 1 bürünc medal

 

image-17-10-16-11-57-1Oktyabrın 13-16-da Hövsan Olimpiya İdman Kompleksində 2000-2001-ci il təvəllüdlü yeniyetmələr arasında sərbəst və yunan-Roma güləşi üzrə Bakı şəhər birinciliyi keçirilib. Oktyabrın 15-16-da keçirilən yunan-Roma yarışlarında Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin yetirmələri qızıl və bürünc medallara layiq görülüblər. Təmsilçilərimizdən məşqçi Araz Maqsudovun yetirməsi Əliheydər Əliyev (85 kq) qızıl, məşqçi İdris Əsədovun yetirməsi Elçin Əliyarov (42 kq) bürünc medal qazanıblar.

image-17-10-16-11-57Yarışın keçirilməsində məqsəd paytaxtda sərbəst və yunan-Roma güləş idman növünü təbliğ və inkişaf etdirmək, Bakı şəhərindəki idman təşkilatlarında təlim-məşq prosesini təkmilləşdirmək, ən güclü idmançıları aşkar etmək, şəhər yığma komandasına namizədlər seçmək, gəncləri güləş ilə müntəzəm məşğul olmağa cəlb etmək olub.
Qeyd edək ki, sərbəst güləş yarışlarında 1-3, yunan-Roma güləşi yarışlarında isə ilk beşlikdə qərarlaşan idmançılar Respublika turnirinə vəsiqə əldə ediblər.

Bu xəbərə də bax

Qalib idmançılarla görüş keçirilib

Avqustun 17-19-da Latviyanın Riqa şəhərində cüdo üzrə yeniyetmələr arasında  keçirilən Avropa birinciliyində uğur qazanan “Gömrükcü” İdman …