Bədii gimnastika üzrə məşqçimiz hakimlik və məşqçilik kurslarını uğurla başa vurub

 

Fevralın 21-25-də Azərbaycan Gimnastika Federasiyasının təşkilatçılığı ilə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası tərəfindən bədii gimnastika üzrə hakimlik və məşqçilik kursları keçirilib. Kurslarda Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin “Gömrükçü” İdman Klubunun bədii gimnastika üzrə məşqçisi Alfiya Mantova da iştirak edib. Sevindirici haldır ki, məşqçimiz müvafiq normativləri yerinə yetirərək məşqçilik üzrə 2-ci, hakimlik üzrə isə 3-cü (fərdi çıxış) və 4-cü (qrup hərəkətləri) dərəcəyə layiq görülüb.

Qeyd edək ki, məşqçimizin əldə etdiyi nəticə 2017-2020-ci illər ərzində etibarlıdır.

Bu xəbərə də bax

Qalib idmançılarla görüş keçirilib

Avqustun 17-19-da Latviyanın Riqa şəhərində cüdo üzrə yeniyetmələr arasında  keçirilən Avropa birinciliyində uğur qazanan “Gömrükcü” İdman …