Azərbaycanın boks yığması Rio-2016-da tam heyətlə təmsil olunacaq

­­ 14668744223673624356_1000x669İyunun 16-dan 25-dək Bakının ev sahibliyi etdiyi və “Rio-2016” Olimpiya Oyunlarına lisenziya xarakterli boks üzrə dünya təsnifat turniri başa çatıb.
Turnirin sonuncu günündə final qarşılaşmaları Azərbaycan yığmasının üzvləri üçün uğurla nəticələnib.
Həlledici döyüşə çıxan Azərbaycan millisinin üzvləri, Rüfət Hüseynov (49 kq) və Teymur Məmmədov (81 kq) yarışın qalibi adını qazanıblar.
1466874422454802318_1000x669Digər atletimiz – 75 kiloqram çəki dərəcəsində mübarizə aparan Kamran Şahsuvarlı da Rio-2016-ya lisenziya qazanıb. Kamranın dörddəbir finalda uduzduğu Maykl Oreylli finalda türkmənistanlı Aslanbek Açilovu məğlub etməli idi. Qarşılaşmada çempion məhz Oreylli olub. Açilov Oreylli ilə həlledici qarşılaşmaya çıxmaqdan imtina edib və nəticədə Kamran Şahsuvarlı da Rio Olimpiadasına lisenziya əldə edib. Mükafatlandırma mərasimində Azərbaycan Boks Federasiyasının (ABF) prezidenti Kəmaləddin Heydərov və digər rəsmilər iştirak ediblər.
Beləliklə, Azərbaycanın kişilərdən ibarət boks üzrə milli komandası tarixdə ilk dəfə olaraq Olimpiadada tam heyətlə təmsil olunacaq.  Xatırladaq ki, bunadək ən yüksək nəticə 12 il əvvəl Afina Yay Olimpiya Oyunlarında qeydə alınıb. Dəri əlcək ustalarımız həmin yarışda doqquz nəfərlə təmsil olunmuşdular. Hazırda isə Azərbaycan 10 çəki dərəcəsində təmsil olunacaq. Qadın boksunda yeganə lisenziyanı millimizə Yana Alekseyevna qazandırıb.146687442233417833_1000x669

­­

Bu xəbərə də bax

Qalib idmançılarla görüş keçirilib

Avqustun 17-19-da Latviyanın Riqa şəhərində cüdo üzrə yeniyetmələr arasında  keçirilən Avropa birinciliyində uğur qazanan “Gömrükcü” İdman …