Azərbaycan taekvondoçularının “Rio-2016”da ilk rəqibləri məlum olub

14051582_745864002223080_5781743771505834247_n“Rio-2016” XXXI Yay Olimpiya Oyunlarının taekvondo yarışlarında Azərbaycan idmançılarının birinci mərhələdəki rəqibləri müəyyənləşib. Azərbaycan taekvondoçuları yarışlara səkkizdəbir final mərhələsindən qoşulacaqlar.
Braziliyada tam heyətlə təmsil olunacaq komandamızda qadınların yarışında Avropa çempionatının gümüş medalçısı, birinci Avropa Oyunlarının bürünc mükafatçısı DGK İSM “Gömrükçü” İSM-ın təmsilçisi Patimat Abakarova (49 kq) serbiyalı Tiyana Boqdanoviç ilə üz-üzə gələcək. Avqustun 17-də keçiriləcək qarşılaşma saat 17:00-da başlayacaq.
Avqustun 19-da isə dayanq üzərinə iki taekvondoçumuz çıxacaq. Birinci Avropa Oyunlarının qalibi Milad Beiqi Harçeqani (80 kq) malili İsmael Koulibali ilə qarşılaşacaq. Bu döyüş saat 17:15-də start götürəcək.
Həmin gün qadınların yarışında mübarizəyə qoşulacaq birinci Avropa Oyunlarının gümüş mükafatçısı Fəridə Əzizova (67 kq) ilk döyüşündə ABŞ idmançısı Payqe Makferson ilə qarşılaşacaq. Görüş saat 18:30-da start götürəcək. Fəridə Əzizova Olimpiya Oyunlarında ölkəmizi ikinci dəfə təmsil edəcək.
Dünya və qitə çempionu, “Bakı-2015”in qalibi Radik İsayev (80 kiloqramdan yuxarı) isə avqustun 20-də qazaxıstanlı Ruslan Japarovu sınağa çəkəcək. Bu döyüş saat 19:45-da keçiriləcək.
Olimpiadada ölkəmiz ilk dəfə olaraq dörd idmançı – iki kişi və iki qadın taekvondoçu ilə təmsil ediləcək. Taekvondo üzrə Azərbaycan yığması birinci Avropa Oyunlarında, sonuncu dünya və Avropa çempionatlarında, dünya kuboku yarışlarında uğurla çıxış edib.

Bu xəbərə də bax

Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında Azərbaycan millisinin hesabında 3 qızıl, 1 gümüş və 2 bürünc medal var

Argentinanın paytaxtı Buenos-Ayresdə təşkil olunan Yeniyetmələrin III Yay Olimpiya Oyunları davam edir. Hazırda Azərbaycan millisinin …