Azərbaycan avarçəkəni İnna Osipenko-Radomskaya “Rio-2016”da bürünc medala yiyələnib

1471353085489723748_1000x669Avqustun 16-da Azərbaycan idmançısı İnna Osipenko-Radomskaya “Rio-2016” Yay Olimpiya Oyunlarında qadınlar arasında birnəfərlik kayak qayığı (K-1) ilə 200 metr məsafəyə yarışın final yürüşündə çıxış edib.
34 yaşlı Olimpiya və dünya çempionu ən güclü səkkiz idmançı arasında həlledici mərhələni 40.401 saniyə nəticə ilə tamamlayaraq bürünc medal qazanıb.
İnna Osipenko-Radomskaya ölkəmiz adına daha bir mükafatı sabah – bir nəfərlik kayak qayığı (K-1) ilə 500 metr məsafəyə yürüşdə qazanmağa yaxındır.
1471353085296777983_1000x669Avqustun 15-dən mübarizəyə qoşulan və birnəfərlik qayıqla (K-1) 200 metr məsafəyə seçmə yürüşü 40.702 saniyəyə qət edən İnna Osipenko-Radomskaya qrupda birinci olaraq yarımfinala yüksəlib.
Atletimizin yarımfinalda da uğurla çıxış edib. Məsafəni 39.803 dəqiqəyə qət edən idmançımız öz qrupunda yenidən birinci olaraq finala adlayıb.
Ümumi sıralamada isə idmançımız yalnız Yeni Zelandiya təmsilçisi Liza Karrinqtondan geri qalıb.
Bununla da Azərbaycan Olimpiya yığmasının hesabındakı medalların sayı dördə çatıb. Bunlardan ikisi gümüş, ikisi bürüncdür. Cüdoçularımız – Rüstəm Orucovla (73 kq) Elmar Qasımov (90 kq) gümüş, yunan-Roma güləşçimiz Sabah Şəriəti (130 kq) isə turniri bürünclə başa vurub.

Bu xəbərə də bax

Qalib idmançılarla görüş keçirilib

Avqustun 17-19-da Latviyanın Riqa şəhərində cüdo üzrə yeniyetmələr arasında  keçirilən Avropa birinciliyində uğur qazanan “Gömrükcü” İdman …