Azərbaycan Ədalətli Oyunlar Komissiyasının mükafatları sahiblərinə təqdim olunub

 

Martın 5-də Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında ilin idman yekunlarına dair tədbir keçirilib. Tədbirdə müxtəlif nominasiyalar üzrə 2020-cu ilin ən yaxşıları mükafatlandırılıb. Tədbirdə Azərbaycan Milli Olimpiya Komitəsinin Ədalətli Oyunlar Komissiyasının 2020-ci ilin yekunlarına əsasən 5 nominasiya üzrə mükafatları təqdim edilib. Mikayıl Cabbarov Ədalətli oyun prinsiplərinə sadiq bədən tərbiyəsi və idman xadimi”, CBC Sport-un Olimpiya günü” proqramı “Ədalətli oyun prinsiplərinin ən yaxşı təbliğatçısı”, Aygül Abdullayeva “Ədalətli oyun prinsiplərinə sadiq hakim”, Namiq Abdullayev “Ədalətli oyun prinsiplərinə sadiq məşqçi”, Rüstəm Orucov “Ədalətli oyun prinsiplərinə sadiq idmançı” nominasiyaları üzrə təltif ediliblər.

Bu xəbərə də bax

Qalib idmançılarla görüş keçirilib

Avqustun 17-19-da Latviyanın Riqa şəhərində cüdo üzrə yeniyetmələr arasında  keçirilən Avropa birinciliyində uğur qazanan “Gömrükcü” İdman …