Azərbaycan Ədalətli Oyunlar Komisiyası tərəfindən ictimai xadim Azad Rəhimovun məzarı ziyarət edilib

Azərbaycan Milli Olimpiya Komitəsinin Ədalətli Oyunlar Komisiyasının rəhbər heyəti və İcraiyyə Komitəsinin üzvləri, eləcə də Latviyanın Azərbaycan Respublikasındakı səfiri Dainis Qarançs II Fəxri Xiyabanda tanınmış ictimai xadim,  Azad Rəhimovun məzarını ziyarət edib, məzarı önünə əklil və gül dəstələri qoyublar. Ziyarətçilər qeyd ediblər ki, gənclərin səmimi dostu və qayğıkeş insan olan mərhum nazir Azad Rəhimovu hər zaman xoş xatirələrlə xatırlanacaq.

Qeyd edək ki, Beynəlxalq Ədalətli Oyunlar Komitəsinin (BƏOK) prezidenti Jeno Kamuti, Avropa Ədalətli Oyunlar Hərəkatının (AƏOH) prezidenti Kristian Hinterberger, baş katib İoanis Psilopoulos, vitse-prezident, Türkiyə Ədalətli Oyunlar Komissiyasının prezidenti, BƏOK-un üzvü Ərdoğan Arıpınar, Latviya Ədalətli Oyunlar Komisiyasının rəhbəri Baiba Veisa, AzƏOK-a müraciət edərək Azad Rəhimovun vəfatından kədərləndiyini bildirib başsağlığı veriblər. 

 Allah rəhmət eləsin!

Bu xəbərə də bax

Qalib idmançılarla görüş keçirilib

Avqustun 17-19-da Latviyanın Riqa şəhərində cüdo üzrə yeniyetmələr arasında  keçirilən Avropa birinciliyində uğur qazanan “Gömrükcü” İdman …