AzƏOK-un təsis etdiyi mükafatlar təqdim olunub

Milli Olimpiya Komitəsinin Ədalətli Oyunlar Komissiyası 2007-ci ildən etibarən hər il ənənəvi olaraq idman ictimaiyyətinin diqqətini bu sahəyə cəlb etmək, ədalətli oyun prinsiplərini təbliğ etmək və bu prinsiplərə sadiq insanları həvəsləndirmək məqsədilə müxtəlif nominasiyalar üzrə mükafatlar təsis edir.


Fərqlənənlər “Ədalətli oyun prinsiplərinə sadiq bədən tərbiyəsi və idman xadimi”, “Ədalətli oyun prinsiplərinə sadiq təbliğatçı”, “Ədalətli oyun prinsiplərinə sadiq hakim”, “Ədalətli oyun prinsiplərinə sadiq məşqçi”, “Ədalətli oyun prinsiplərinə sadiq idmançı” nominasiyaları üzrə mükafatlandırılırlar.

Yanvarın 16-17-də Bakı İdman Sarayında keçirilən 20 yanvar şəhidi Müşviq İsayevin xatirəsinə həsr olunmuş sərbəst və yunan-Roma güləşi üzrə yeniyetmələr arasında 21-ci beynəlxalq turnirdə bir qrup idman mütəxəssisi Milli Olimpiya Komitəsinin Ədalətli Oyunlar Komissiyası tərəfindən 5 nominasiya üzrə mükafatlandırılıblar.

Mükafata layiq görülən nominantları oxuculara təqdim edirik:

Ədalətli oyun prinsiplərinə sadiq bədən tərbiyəsi və idman xadimi”

Firdovsi Umudov

Ədalətli oyun prinsiplərinə sadiq hakim”

Vahid Temirov  (Özbəkistan)

Sədi Quliyev (Azərbaycan)

Ədalətli oyun prinsiplərinə sadiq məşqçi”

Vaşa Kraveişvili (Gürcüstan)

Ruslan Şəmilov (Azərbaycan)

Ədalətli oyun prinsiplərinə sadiq idmançı”

Andrey Yegerov  (Qazaxıstan)

Vahid Əlizadə (Azərbaycan)

 

 

Bu xəbərə də bax

Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında Azərbaycan millisinin hesabında 3 qızıl, 1 gümüş və 2 bürünc medal var

Argentinanın paytaxtı Buenos-Ayresdə təşkil olunan Yeniyetmələrin III Yay Olimpiya Oyunları davam edir. Hazırda Azərbaycan millisinin …