AzƏOK-un 2016-cı il üçün təsis etdiyi mükafatları təqdim olunub

15731118_1180818728638657_66955757_nAzƏOK 2007-ci ildən etibarən hər il ənənəvi olaraq idman ictimaiyyətinin diqqətini bu sahəyə cəlb etmək, ədalətli oyun prinsiplərini təbliğ etmək və bu prinsiplərə sadiq insanları həvəsləndirmək məqsədilə müxtəlif nominasiyalar üzrə mükafatlar təsis edir. Fərqlənənlər “Ədalətli oyun prinsiplərinə sadiq bədən tərbiyəsi və idman xadimi”, “Ədalətli oyun prinsiplərinin ən yaxşı təbliğatçısı”, “Ədalətli oyun prinsiplərinə sadiq hakim”, “Ədalətli oyun prinsiplərinə sadiq məşqçi”, “Ədalətli oyun prinsiplərinə sadiq idmançı” nominasiyaları üzrə mükafatlandırılırlar.

Dekabrın 26-da komissiya tərəfindən 2016-cı ilin yekunlarına əsasən  müxtəlif nominasiyalar üzrə təsis olunan mükafatların təqdimetmə mərasimi keçirilib.
15750146_1180818751971988_430851_n

15781921_1180818758638654_1753281314_n

Mükafata layiq görülən nominantları oxuculara təqdim edirik. 

 

  1. “Ədalətli oyun prinsiplərinə sadiq bədən tərbiyəsi və idman təşkilatçısı”

Azərbaycan Güləş Federasiyasının  prezidenti Fazil Məmmədov  

  1. “Ədalətli oyun prinsiplərinin ən yaxşı təbliğatçısı”

“CBC Spor” telekanalının “İmza”verilişinin əməkdaşı Əminə Kazımova

  1. “Ədalətli oyun prinsiplərinə sadiq hakim”

Bədii gimnastika üzrə beynəlxalq kateqoriyalı məşqçi Nataliya Bulanova

  1. “Ədalətli oyun prinsiplərinə sadiq məşqçi”

Taekvondo üzrə yığma komandanın məşqçisi Elnur Amanov

  1. “Ədalətli oyun prinsiplərinə sadiq idmançı”

Taekvondo üzrə Olimpiya və dünya çempionu Radiq İsayev

15747576_1327147127327573_3048654931475234864_n

 

Bu xəbərə də bax

Qalib idmançılarla görüş keçirilib

Avqustun 17-19-da Latviyanın Riqa şəhərində cüdo üzrə yeniyetmələr arasında  keçirilən Avropa birinciliyində uğur qazanan “Gömrükcü” İdman …