AzƏOK sədri Avropa Ədalətli Oyunlar Hərəkatının 22-ci Baş Assambleyasında iştirak edəcək

 

logo1Oktyabrın 7-8-də Avstriyanın paytaxtı Vyanada Avropa Ədalətli Oyunlar Hərəkatının (EFPM) 22-ci Baş Assambleyası keçiriləcək. Tədbirdə EFPM prezidenti Kristian Hintirberqer, qurumun vitse-prezidenti Ərdoğan Arıpınar, baş katibi İoannis Psilopoulos iştirak edəcəklər. Ölkəmizi bu tədbirdə Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti, Azərbaycan Ədalətli Oyunlar Komissiyasının (AzƏOK) sədri Xəzər İsayev, AzƏOK-un baş katibi Səlhət Abbasova təmsil edəcəklər.

Məlumat üçün bildirək ki, AzƏOK 1997-ci ildə yaradılıb. Ölkəmiz 1998-ci ildən AƏOH-un üzvüdür. 2000-ci ildən etibarən bu təşkilata Milli Olimpiya Komitəsinin vitse-prezidenti Xəzər İsayev rəhbərlik edir. Hərəkatın qitə təşkilatı və beynəlxalq qurumla əlaqələri yüksək səviyyədə qurulub. Ölkəmiz AƏOH-un Konqres və Baş Assambleyalarında fəal iştirak edir. Qeyd edək ki, 2009-cu ildə Avropa qurumunun Konqres və Assambleyası, ötən ilin oktyabr ayında isə Beynəlxalq Ədalətli Oyunlar Hərəkatının (CİFP) 51-ci və Avropa Ədalətli Oyunlar Hərəkatının (EFPM) 21-ci Konqres və Assambleyası ölkəmizdə yüksək səviyyədə keçirilib.

 

 

 

Bu xəbərə də bax

Qalib idmançılarla görüş keçirilib

Avqustun 17-19-da Latviyanın Riqa şəhərində cüdo üzrə yeniyetmələr arasında  keçirilən Avropa birinciliyində uğur qazanan “Gömrükcü” İdman …