Avropa Ədalətli Oyunlar Hərəkatı idmanda və gündəlik həyatda ədalət prinsiplərini təbliğ edir

4558_400x393Avropa Ədalətli Oyunlar Hərəkatının yaradılması ideyası da ötən əsrin ikinci yarısından müxtəlif toplantılarda səslənib. 1994-cü ildə İsveçrənin Sürix şəhərində Avropa Ədalətli Oyunlar Hərəkatı (EFPM-European Fair Play Movement) adlanan təşkilat yaradılıb. Təşkilatın əsas məqsədi idmanda və gündəlik həyatda ədalət prinsiplərini təbliğ etmək, idmanda zorakılığa, millətçiliyə, dini və irqi ayrıseçkiliyə yol verməmək, idmanla məşğul olmaq üçün hamıya bərabər şərait yaratmaq, hakim ədalətsizliyinin qarşısını almaq, yarış qaydalarını pozanları obyektiv cəzalandırmaq, bir sözlə, ədalətin bərqərar olunmasına çalışmaqdır. Avropa Ədalətli Oyunlar Hərəkatını 44 dövlət təmsil edir. Xatırladaq ki, 2009-cu ildə Avropa Ədalətli Oyunlar Hərəkatının 21-ci Konqres və Assambleyası 2015-ci ilin oktyabrında Azərbaycanda təşkil edilib.

 

 

 

Bu xəbərə də bax

Qalib idmançılarla görüş keçirilib

Avqustun 17-19-da Latviyanın Riqa şəhərində cüdo üzrə yeniyetmələr arasında  keçirilən Avropa birinciliyində uğur qazanan “Gömrükcü” İdman …