Atletimiz Bakı çempionu olub  

Mayın 3-4-də Respublika Olimpiya Manejində atletika üzrə Bakı çempionatı keçirilib. Yarışda DGK İSM “Gömrükçü” İdman Klubunu 110 m məsafəyə sədlərlə qaçış, 4X100 m məsafəyə estafet qaçışı və 100 m məsafəyə sprint yarışında Rahib Məmmədov təmsil edib. İdmançımız hər üç növdə bütün rəqiblərini üstələyərək çempion adını qazanıb. Qeyd edək ki, Rahib Məmmədov gənclər arasında Avropa kubokunun qalibi, Avropa çempionatının bürünc mükafatçısıdır. 2015-ci ildə paytaxtımızda keçirilən I Avropa Oyunlarında ikinci pillədə qərarlaşıb.

Bu xəbərə də bax

Qalib idmançılarla görüş keçirilib

Avqustun 17-19-da Latviyanın Riqa şəhərində cüdo üzrə yeniyetmələr arasında  keçirilən Avropa birinciliyində uğur qazanan “Gömrükcü” İdman …