Atıcılıq üzrə açıq birinciliyin açılış mərasimi keçirilmişdir

 

AYD_2677

Yanvarın 16-da Daxili İşlər Nazirliyinin Atıcılıq Tirində hüquq mühafizə orqanlarının əməkdaşları arasında Dövlət Gömrük Komitəsinin (DGK) yaradılmasının 20-ci ildönümünə həsr olunmuş atıcılıq üzrə açıq birinciliyin açılış mərasimi keçirilmişdir.

AZƏRTAC xəbər verir ki, mərasimdə DGK-nın Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Güloğlan Muradlı çıxış edərək bildirmişdir ki, bu cür tədbirlərin keçirilməsi hüquq mühafizə orqanları əməkdaşlarının, gömrükçülərin peşə hazırlığı səviyyəsinin yüksəlməsinə xidmət edir. Qeyd olunmuşdur ki, hüquq mühafizə orqanlarının əməkdaşlarının silahdan istifadə qabiliyyəti yüksək səviyyədə olmalıdır.

Milli Olimpiya Komitəsinin vitse-prezidenti Xəzər İsayev isə demişdir ki, turnir DGK-nın 20 illiyinə həsr olunan tədbirlər planı çərçivəsində həyata keçirilir. Ötən il plana uyğun olaraq Masallıda beynəlxalq boks birinciliyi baş tutmuşdur.

Yarışda ümumilikdə 8 dövlət qurumunun – DGK, Respublika Baş Prokurorluğu, Xüsusi Dövlət Mühafizə Xidməti, Daxili İşlər, Milli Təhlükəsizlik, Vergilər, Ədliyyə və Fövqəladə Hallar nazirliklərinin 32 əməkdaşı iştirak etmişdir.
AYD_2672

Bu xəbərə də bax

AzƏOK-tərəfindən müxtəlif illərdə təsis olunan mükafatlar

AzƏOK 2007-ci ildən etibarən hər il ənənəvi olaraq idman ictimaiyyətinin diqqətini bu sahəyə cəlb etmək, …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.