Antidopinq mövzusunda maarifləndirici seminar keçiriləcək

 

Dekabrın 14-də Azərbaycan Milli Olimpiya Komitəsinin Ədalətli Oyunlar Komissiyası (AzƏOK), Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA), Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin (DGK İSM) “Gömrükçü” İdman Klubunun birgə təşkilatçılığı ilə antidopinq mövzusunda maarifləndirici seminar keçiriləcək.

Tədbirdə Milli Olimpiya Komitəsinin vitse-prezidenti, AzƏOK-un sədri, DGK İSM-ın baş direktoru,  Xəzər İsayev, Azərbaycan Milli Antidopinq Agentliyinin icraçı direktoru Şəfəq Hüseynli, “Olimpiya dünyası”qəzetinin baş redaktoru Murad Fərzəliyev, “İdman”qəzetinin baş redaktoru Qabil Mehtiyev, AMADA-nın terapivtik istifadəyə icazə komitəsinin sədr müavini Fərid Əliyev, AMADA-nın təhsil və təlim üzrə meneceri Lalə Hacıyeva iştirak edəcəklər. İclasda həmçinin dinləyici qismində DGK İSM “Gömrükçü”İK-nın üzvləri və məşqçi heyəti iştirak edəcəklər.

Təqdimat şəklində keçiriləcək seminarda antidopinq qayda pozuntuları, dopinq təhlükələri, dopinq nəzarəti prosesi haqda idmançılara ətraflı məlumat veriləcək.

Bu xəbərə də bax

Qalib idmançılarla görüş keçirilib

Avqustun 17-19-da Latviyanın Riqa şəhərində cüdo üzrə yeniyetmələr arasında  keçirilən Avropa birinciliyində uğur qazanan “Gömrükcü” İdman …