DGK İSM “Gömrükçü” İK-nın güləşçisi AGF kubokunun qalibi olub

 

Bakı İdman Sarayında sərbəst və yunan-Roma güləşi üzrə yeniyetmə və gənclər arasında Azərbaycan Güləş Federasiyasının Kuboku uğrunda ənənəvi beynəlxalq turnir başa çatıb.

Turnirdə Azərbaycanla yanaşı, Tacikistan, Ukrayna, Özbəkistan, Latviya, Rusiya, Türkiyə, İran, Gürcüstan, Qırğızıstan Qazaxstan və Belarus pəhləvanları mübarizə aparıb.

Yarışda Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin “Gömrükçü” İdman Klubunun təmsilçiləri də mübarizə aparıblar. Aprelin 14-də yunan-Roma güləşi üzrə gənclər arasında keçirilən yarışda “Gömrükçü”İK-nın üzvü Tehran Əminzadə (96 kq) çempion adını qazanıb.

Yarışlar zamanı Milli Olimpiya Komitəsinin Ədalətli Oyunlar Komissiyası tərəfindən müxtəlif nominasiyalar üzrə mükafatlar təqdim edilib. “Ədalətli oyun prinsiplərinə sadiq məşqçi” nominasiyasında Şaban Donat (yunan-roma güləşi üzrə gənclər arasında böyük məşqçi), “Ədalətli Oyun prinsiplərinə sadiq hakim” nominasiyasında Karol Lebkovski, “Ədalətli Oyun prinsiplərinə sadiq idmançı” nominasiyasında Tehran Əminzadə, “Ədalətli Oyun prinsiplərinin sadiq təbliğatçısı” nominasiyaları üzrə Azərbaycan Güləş Federasiyasının İdman Şöbəsinin rəisi Orxan Məmmədov mükafatlandırılıblar.

Yekun nəticəyə əsasən komanda hesabında Azərbaycan birinci, Gürcüstan ikinci, Özbəkistan komandası isə üçüncü yeri tutub.
Qalib və mükafatçılar Azərbaycan Güləş Federasiyası tərəfindən medal, diplom və pul mükafatı ilə təltif olunub.

Bu xəbərə də bax

Qalib idmançılarla görüş keçirilib

Avqustun 17-19-da Latviyanın Riqa şəhərində cüdo üzrə yeniyetmələr arasında  keçirilən Avropa birinciliyində uğur qazanan “Gömrükcü” İdman …