“20 yanvar” şəhidlərinin xatirəsinə həsr olunmuş yarış keçirildi

5

Yanvarın 17 -də Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin “Gömrükçü” İdman Klubu və Azərbaycan Respublikası Şaolin Döyüş Sənəti Federasiyası ilə birgə keçirdiyi “20 yanvar” şəhidlərinin 26 illiyinə həsr olunmuş şaolin döyüş sənəti idman növü üzrə açıq birincilik keçirilib.

Yarışı giriş sözü ilə açan DGK İSM-ın baş direktoru Xəzər İsayev yarış iştirakçılarını salamladı, onlara bu yarışda müvəffəqiyyətlər arzuladı. O  bildirdi ki, yarışın 20 Yanvar ərəfəsində keçirilməsi heç də təsadüfi deyil və bu kimi tədbirlərin keçirilməsində məqsəd yeniyetmə və gənclər arasında vətənpərvərlik hisslərinin yüksəldilməsi, onlarda tarix şüurunun formalaşmasına zəmin yaratmaqdır. Daha sonra Dövlət Himni səsləndirildi, yarışlar açıq elan edildi.

Birincilikdə “Gömrükçü” İdman Klubunun idmançıları ilə yanaşı, Bakı şəhəri və respublikanın regionlarında fəaliyyət göstərən idman cəmiyyətlərinin filialları və digər idman təşkilatlarının təmsilçiləri də iştirak ediblər. Hər çəki dərəcəsində bir idmançının iştirakına icazə verilib.

Tədbir yeniyetmələr və gənclər arasında təşkil edilib. Yarışda yeniyetmələr arasında mübarizə aparan komandalardan “Murovdağ” İdman Klubu I yer, “Şaolin Sanda” İdman Klubu II yer, “Neftçi” İdman Klubu III yeri tutub. Gənclər arasında isə “Dəmir Yumruq” İdman Klubu I yer, “Turando” İdman Klubu II yer, “Çempion” İdman Klubu isə III yerə sahib olub.

Yarışın sonunda Azərbaycan  Respublikası Milli Olimpiya Komitəsinin Ədalətli Oyunlar Komisiyası tərəfindən ədalət prinsiplərinə sadiq olan idmançı, məşqçi və hakim nominasiyaları üzrə xüsusi mükafatlarla təltif ediliblər.

Ən texnikalı idmançı: Fariz Yusifzadə

Ən əzmkar idmançı: Ruslan Hüseynov

Ən gənc idmançı: Uğur İsmayıl

Ədalət pirinsiplərinə sadiq hakim: Tofiq Abışlı

Ədalət pirinsiplərinə sadiq məşçi: Rafət Əsədov

Ədalət pirinsiplərinə sadiq idmançı: Riyad Əliyev

1

2

3

4

6

Bu xəbərə də bax

Qalib idmançılarla görüş keçirilib

Avqustun 17-19-da Latviyanın Riqa şəhərində cüdo üzrə yeniyetmələr arasında  keçirilən Avropa birinciliyində uğur qazanan “Gömrükcü” İdman …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.