“ İdman və Ədalətli Oyunlar” mövzusunda rəsm müsabiqəsi

Azərbaycan Milli Olimpiya Komitəsinin Ədalətli Oyunlar Komissiyası, “Olimpiya dünyası” qəzeti ilə birgə “ İdman və Ədalətli Oyunlar” mövzusunda rəsm müsabiqəsi

ELAN EDİR

Müsabiqənin müddəti:
15 aprel-15 iyun 2021-ci il;
Müsabiqə qaliblərinin elanı:
30 iyun 2021-ci il;
Yaş qrupu: 3-8, 9-16; Müsabiqədə paytaxtdan, Naxçıvan MR və digər bölgələrdən istənilən Azərbaycan Respublikası vətəndaşı iştirak edə bilər;

Mükafatlar:

3-8 yaş qrupu üzrə

I yer-300 AZN;

II yer-200 AZN;

III yer-100 AZN;

9-16 yaş qrupu üzrə

I yer-500 AZN;

II yer-300 AZN;

III yer-200 AZN;

Bütün iştirakçılara MOK-un Ədalətli Oyunlar Komissiyası tərəfindən Sertifikat təqdim ediləcək, qaliblərə, 4-cü və 5-ci yerlərin sahiblərinə həvəsləndirici mükafatlar veriləcək;
İştirakçılar müsabiqəyə A4 vərəqi ölçüsündə olan rəsmlərlə qatıla bilər;
Müsabiqə iştirakçıları istənilən boya növü və rəsm texnikasından istifadə etməkdə sərbəstdir. Rəsmlər ancaq əl işlərindən ibarət olmalı, onların hazırlanması zamanı heç bir kompyuter və ya digər texnologiya vasitələrinin imkanlarından istifadəyə yol verilməməlidir;
Hər iştirakçı müsabiqəyə ən çox 2 rəsm təqdim edə bilər;
Rəsmin üzərində və ya arxasında iştirakçının adı, soyadı, yaş qrupu, ünvanı və əlaqə nömrəsi qeyd olunmalıdır; Rəsmlər 15 iyun 2021-ci il tarixədək olimpiya_dunyasi@mail.ru elektron poçt ünvanına göndərilməlidir;
Son müraciət tarixindən sonra daxil olan rəsmlər qeydə alınmayacaqdır;
Müsabiqə qaliblərinin adları və rəsmləri KİV-də, sərgilərdə və sosial media səhifələrində təqdim ediləcəkdir;
Əlaqə nömrəsi:
055 709-95-57; 440- 14- 93
Elektron poçt:
olimpiya_dunyasi@mail.ru

Bu xəbərə də bax

Qalib idmançılarla görüş keçirilib

Avqustun 17-19-da Latviyanın Riqa şəhərində cüdo üzrə yeniyetmələr arasında  keçirilən Avropa birinciliyində uğur qazanan “Gömrükcü” İdman …