Dövlət Gömrük Komitəsinin strukturuna daxil olan qurumlar arasında keçirilən futzal üzrə ənənəvi çempionatın püşkatma mərasimi keçirilib

Aprelin 26-da Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə və gömrük xidmətinin yaradılmasının 26-cı ildönümünə həsr olunmuş futzal idman növü üzrə gömrük orqanları arasında ənənəvi çempionatın ikinci mərhələsinin püşkatma mərasimi keçirilib. Mərasimdə Milli Olimpiya Komitəsinin vitse-prezidenti, Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin baş direktoru, gömrük xidməti polkovniki Xəzər İsayev, Dövlət Gömrük Komitəsi Daxili Təhlükəsizlik İdarəsinin Daxili Nəzarət Şöbəsinin baş inspektoru, gömrük xidməti polkovnik leytenantı Pərviz Qədirov,  beynəlxalq dərəcəli hakim Azad Hüseynov, eləcə də iştirakçı komandaların nümayəndələri iştirak edirdilər. Püşkatmanın nəticəsinə əsasən futzal üzrə ənənəvi çempionatın ikinci mərhələsinə vəsiqə qazanmış A və B qruplarında oynayacaq komandaların adları müəyyənləşdi.

Xatırladaq ki, aprelin 12-də start götürən çempionatın birinci mərhələsində 2 qrupda (A və B qrupları) ümumilikdə 12 komanda mübarizə aparıb. Dairəvi sistem üzrə keçirilən yarışın ikinci mərhələsi mayın 6-dan 8-dək Azərbaycan Texniki Universitetinin idman zalında baş tutacaq. Çempionatın üçüncü mərhələləsi mayın 8-də, final oyunları isə mayın 10-da keçiriləcək. Qeyd edək ki, çempionatın təşkilində əsas məqsəd gömrük orqanlarında çalışan əməkdaşların sağlamlığının və fiziki hazırlığının inkişaf etdirilməsi, kütləviliyin təmin edilməsidir.

Püşkatmanın yekun nəticəsinə əsasən A və B qruplarında yer alan komandaların siyahısı: 

A qrupu

  1. Hava Nəqliyyatında Baş Gömrük İdarəsi
  2. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi
  3. Bakı Baş Gömrük İdarəsi
  4. Astara Gömrük İdarəsi

B qrupu

  1. Sumqayıt Baş Gömrük İdarəsi
  2. “Azərterminalkompleks”Birliyi
  3. Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsi
  4. Tovuz Gömrük İdarəsi

 

Bu xəbərə də bax

DGK İSM “Gömrükçü”İK-nın boks üzrə açıq birinciliyi keçirilib

Mayın 12-dən 14-dək Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin “Gömrükçü” İdman Klubunun “28 May Respublika …