Taekvondoçumuz dünya birinciliyinin gümüş medalını qazanıb  

 

Aprelin 9-dan 13-dək Tunisin Hammamet şəhərində dünya birinciliyi keçirilib. Yarışda 120 ölkədən 962 gənc taekvondoçu mübarizə aparıb. Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin “Gömrükçü” İdman Klubunun idmançısı Xanoğlan Kərimov (55 kq) yığma komandanın tərkibində iştirak edib. Klubun məşqçi-müəllimi Vurğun Cəfərovun yetirməsi Xanoğlan Kərimov uğurla çıxış edərək dünya birinciliyinin gümüş medalını qazanıb.

Bu xəbərə də bax

DGK İSM “Gömrükçü”İK-nın atleti Bakı ikincisi olub

  Yanvarın 11-12-də Respublika Olimpiya Manejində atletika üzrə Bakı şəhər birinciliyi keçirilib. Yarışda Dövlət Gömrük …