5 mart ölkəmizdə “Bədən tərbiyəsi və İdman günü”dür

5 mart ölkəmizdə Bədən tərbiyəsi və İdman günüdür. Bu tarix Prezident İlham Əliyevin “Bədən tərbiyəsi və idman günü”nün təsis edilməsi haqqında 4 mart 2005-ci il tarixli Sərəncamına əsasən qeyd edilir. Ölkəmizdə idmanın inkişafı isə ildən-ilə geniş vüsət alır. Azərbaycanda Bədən tərbiyəsi və İdman gününün martın 5-də qeyd olunması təsadüfi deyil. Məhz 1995-ci il martın 5-də Ulu Öndər Heydər Əliyev  Bakı İdman Sarayında dünya və Avropa çempionatlarının qalibləri və mükafatçıları ilə görüşüb, İdman Fondunu təsis edib, bədən tərbiyəsi və idmanın inkişafında yeni strategiyanın təməlini qoyub. Prezidenti İlham Əliyevin hələ 1997-ci ildə Milli Olimpiya Komitəsinin rəhbər seçilməsindən sonra ölkəmizdə idmana, bədən tərbiyəsinə diqqət daha da artıb bu sahədə yüksək uğurlar qazanılıb.

 

 

Bu xəbərə də bax

Təmsilçilərimiz Arkoda idman dırmanması üzrə yarışlarda çıxış edirlər

   Avqustun 3-də İtaliyanın Arko şəhərində idman dırmanması üzrə “Rock Junior” festivalına start verilib. Yarışda Azərbaycan …