«5 mart-Bədən Tərbiyəsi və İdman Günü”nə həsr olunmuş tədbir keçirildi

DSC_0019

Martın 4-də Dövlət Gömrük Komitəsi İdman-Sağlamlıq Mərkəzində (DGK İSM) “5 mart-Bədən Tərbiyəsi və İdman Günü”nə həsr olunmuş tədbir keçirildi. Tədbirdə DGK İSM-in baş direktoru Xəzər İsayev, mərkəzin əməkdaşları, məşqçiləri və bir qrup idmançısı iştirak edirdi. Tədbiri giriş sözü ilə açan DGK İSM-in baş direktoru Xəzər İsayev «5 Mart-Bədən Tərbiyəsi və İdman Günü»nün 2005-ci ildən qeyd olunduğunu və bu bayramın Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin adı ilə bağlı olduğunu diqqətə çatdırdı. Bu münasibətlə tədbir iştirakçılarını təbrik edən Xəzər İsayev ölkəmizdə keçirilən 5 Mart – Bədən Tərbiyəsi və İdman Gününün ümumxalq bayramı olduğunu vurğuladı.
Xəzər İsayev ölkəmizdə idmana dövlət səviyyəsində göstərilən yüksək səviyyəli diqqət və qayğıdan danışdı:  «Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan idman siyasəti Azərbaycan Prezidenti, Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmizdə idmanın maddi-texniki bazası getdikcə gücləndirilir, müasir standartlara cavab verən Olimpiya idman kompleksləri, stadionlar və digər idman qurğuları inşa edilərək xalqın istifadəsinə verilib. İdmançılarımız qitə, dünya çempionatlarında, Olimpiya oyunlarında çox böyük nəticələr əldə edirlər və uğurlarını ildən-ilə artırırlar. Azərbaycan dünyada özünü idman ölkəsi kimi artıq təsdiq edib».
DGK İSM-in baş direktoru ölkəmizin ötən il tarixdə ilk dəfə I Avropa Oyunlarına yüksək səviyyədə ev sahibliyi etdiyini diqqətə çatdırdı: «Azərbaycan Avropa Oyunlarını yüksək səviyyədə təşkil etməklə bütün dünyanın diqqətini özünə cəlb etdi. Bununla ölkəmiz qüdrətini, potensialını, gücünü bütün dünyaya nümayiş etdirdi. Bu, Azərbaycan idmanının qələbəsidir. Bu il paytaxtımız Formula I Avropa Qran pri yarışına, gələn il isə IV İslam Həmrəyliyi kimi mötəbər yarışlara ev sahibliyi edəcək. İnanıram ki, bu yarışlar ölkəmizdə ən yüksək səviyyədə keçiriləcək».
 
2016-cı ilin Olimpiya ili olduğunu xatırladan Xəzər  İsayev təmsilçilərimizin bu il Rio-de Janeyroda keçiriləcək Yay Olimpiya Oyunlarına 33 vəsiqə əldə etdiklərini diqqətə çatdırdı. O, idmançılarımızın taekvondo, boks, gimnastika, atletika, avarçəkmə, velosiped, güləş, ağırlıqqaldırma idman növlərində vəsiqəni özləri üçün təmin etdiklərini bildirdi. «Sevindirici haldır ki, təmsilçilərimiz müxtəlif idman növlərində Rio-2016-ya lisenziyalar qazanıblar. İdmançılarımız adıçəkilən idman növlərində, eləcə də digər növlərində lisenziya uğrunda mübarizəni davam etdirirlər. İnanırıq ki, ötən illərlə müqayisədə bu il Olimpiadada daha çox sayda idmançı ilə təmsil olunacağıq», -deyə o əlavə etdi.
Xəzər İsayev DGK İSM-ın «Gömrükçü» İdman Klubunun yetirmələrinin son illərdə yüksək nailiyyətlər qazandıqlarını bildirdi. Onun sözlərinə görə Sidney-2000, Afina-2004 və Pekin-2008 Yay Olimpiya Oyunlarında mərkəzin boksçuları bürünc medallara layiq görülüblər. Xəzər müəllim mərkəzin bir neçə təmsilçisinin Rio-2016 Yay Olimpiya Oyunlarına lisenziya qazanmağa namizədlər sırasında olduğunu diqqətə çatdırdı. Sonda mərkəzin əməkdaşları, tanınmış idmançı və məşqçiləri idmanın inkişafındakı xidmətlərinə görə DGK İSM-in baş direktoru Xəzər İsayev tərəfindən diplomla təltif edildilər.
 
DSC_0049
DSC_0034
DSC_0009

????????????????????????????????????
????????????????????????????????????

Bu xəbərə də bax

Qalib idmançılarla görüş keçirilib

Avqustun 17-19-da Latviyanın Riqa şəhərində cüdo üzrə yeniyetmələr arasında  keçirilən Avropa birinciliyində uğur qazanan “Gömrükcü” İdman …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.