“5 mart-Bədən Tərbiyəsi və İdman Günü”nə həsr olunmuş tədbir keçirildi

Martın 3-də Yasamal rayonu Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Yasamal rayonu İcra Hakimiyyətinin akt zalında 5 mart-Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş tədbir keçirildi. Tədbirdə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Xəzər İsayev, Yasamal rayon İcra Hakimiyyəti Başçısının müavini Təravət Muradova, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, millət vəkilləri Ülvi Quliyev və Elşad Həsənov, Yasamal rayon Gənclər və İdman İdarəsinin rəisi İlham Səfərov iştirak edirdilər. 

Tədbiri giriş sözü ilə açan Yasamal rayon Gənclər və İdman İdarəsinin rəisi İlham Səfərov toplantı iştirakçılarını salamladı. “Müstəqil Azərbaycanın idman tarixi mövzusunda çıxış edən İ.Səfərov qeyd edtdi ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 04 mart 2005-ci il tarixli Sərəncamı ilə 5 mart tarixi “Bədən Tərbiyəsi və idman günü” elan edilmiş, habelə “Əməkdar bədən tərbiyəsi və idman xadimi” adı təsis edilmişdir. 

MOK-un vitse-prezidenti Xəzər İsayev ölkəmizdə idmana dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan söz açdı. O qeyd etdi ki, Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində ölkə idmançıları ən yüksək nailiyyətlərə imza atır, ölkəmiz beynəlxalq aləmdə öz nüfuzunu günü-gündən gücləndirir. 

Çıxış edən natiqlər son illər paytaxtımızın çoxsaylı mötəbər turnirlərə ev sahibliyi etdiyini bildirdilər. Qeyd olundu ki, bunların arasında Bakı-2015 I Avropa Oyunları, Formula-1 üzrə Bakı Qran-Prisi, Ümumdünya Şahmat Olimpiadası kimi mötəbər yarışları qeyd etmək olar. Bildirildi ki, tezliklə Azərbaycanda daha bir mötəbər yarış-IV İslam Oyunları təşkil olunacaq. Yarışlarda iştirak üçün 57 ölkədən 6000-dək idmançı və texniki heyət paytaxtımıza səfər edəcək. Toplantıda bir qrup idmançı, idman mütəxəssisləri bu sahədə qazandıqları uğurlara və səmərəli fəaliyyətinə görə 5 mart Bədən Tərbiyəsi və İdman Günü münasibətilə Yasamal rayon Gənclər və İdman İdarəsinin təsis etdiyi fəxri fərman və xatirə hədiyyələri ilə mükafatlandırıldılar. Bundan başqa Yasamal royunu məktəbliləri arasında keçirilmiş XXVIII Spartakiadanın və “Şahin” hərbi idman oyunu üzrə rayon birinciliklərinin qalibləri müvafiq kubok və diplomlarla təltif edilidilər. 

 

Bu xəbərə də bax

Qalib idmançılarla görüş keçirilib

Avqustun 17-19-da Latviyanın Riqa şəhərində cüdo üzrə yeniyetmələr arasında  keçirilən Avropa birinciliyində uğur qazanan “Gömrükcü” İdman …