Pouerliftinqçimiz beynəlxalq turnirin qalibi olub

 

 

Mayın 3-dən 7-dək Naxçıvan Olimpiya İdman Kompleksində pouerliftinq üzrə ümummilli lider Heydər Əliyevin anadan olmasının 94 illiyinə həsr olunmuş beynəlxalq turnir keçirilib. Yarışda Azərbaycan yığma komandasının üzvləri ilə yanaşı, İran, Türkiyə Belarus, Belçika, Gürcüstan, Almaniya, Rusiya, Ukrayna, Özbəkistan idmançıları da qüvvələrini sınayıblar. Beynəlxalq turnirdə Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin “Gömrükçü” İdman Klubunun üzvü Bayram Əliyev də qüvvəsini sınayıb. 82,5 kq çəki dərəcəsində çıxış edən Bayram Əliyev 240 kq çəkinin öhdəsindən gələrək çempion adını qazanıb.

Bu xəbərə də bax

Qalib idmançılarla görüş keçirilib

Avqustun 17-19-da Latviyanın Riqa şəhərində cüdo üzrə yeniyetmələr arasında  keçirilən Avropa birinciliyində uğur qazanan “Gömrükcü” İdman …