“Patimatın qazandığı bürünc mükafat Azərbaycanın taekvondo tarixində ilk Olimpiya medalıdır”

 

13900538_1055836641136867_643274891_nQeyd edək ki, Patimat Abakarova Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin “Gömrükçü” İdman Klubunun təmsilçisidir. İdmançımızın çıxışları başa çatdıqdan sonra Milli Olimpiya Komitəsinin vitse-prezidenti, Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin baş direktoru Xəzər İsayevlə əlaqə yaradıb Patimat Abakarovanın Olimpiya Oyunlarında çıxışı ilə bağlı fikirlərini bölüşməsini xahiş etdik. Xəzər İsayev Abakarovanın çıxışını yüksək qiymətləndirdiyini bildirdi. Vitse-prezident, eyni zamanda, idmançılarımızın əzmkar mübarizəsi nəticəsində ayrı-ayrı növlərdə artıq 10 medal qazandıqlarını, qarşıdakı yarışlarda medalların sayının daha da artacağına, əyarının yüksələcəyinə əminliyini bildirdi: “Gömrükçü” İSM-in idmançısı Patimat Abakarovanın qazandığı bürünc medal taekvondo idman tarixində böyük uğurdur. Qeyd edim ki, “Gömrükçü” İSM-in boksçuları – Vüqar Ələkbərov “Sidney-2000”-də, Ağası Məmmədov “Afina-2004”-də, Şahin İmranov “Pekin-2008”-də bürünc medallar əldə etmişdilər. “London-2012”-də gömrükçülərimiz medal qazana bilməmişdilər. Patimat ümidləri doğrultdu və ilk dəfə bu növdə Olimpiya medalı qazandıq.

Ümumilikdə, Rio Olimpiadasında idmançılarımızın yüksək nailiyyətlər qazandıqlarını xüsusi qeyd etmək istəyirəm. Ötən Olimpiya Oyunlarında cüdo üzrə medalımız olmamışdı. Bu növdə iki gümüş medal parlaq nəticədir. Kanoe sprint idman növü üzrə ilk dəfə Olimpiya medalı qazandıq. Yunan-Roma, qadın güləşçilərinin, boksçularımızın böyük uğurlarını qeyd etmək istəyirəm. Ötən Olimpiya Oyunlarında iki qızıl medal əldə etmiş sərbəst güləşçilərdən yenə də yüksək nəticələr gözləyirik. Rio Olimpiadasında yarışlar davam edir. Fürsətdən istifadə edib, Azərbaycan yığmasına böyük uğurlar arzulayıram.

14088930_1065728310147700_308394035_n

Bu xəbərə də bax

Taekvondoçumuz  Avropa çempionatının bürünc medalına sahib çıxıb

 Mayın 10-dan 13-dək Rusiyanın Kazan şəhərində keçirilən taekvondo üzrə Avropa çempionatına yekun vurulub. Yarışda yığma …