Daha bir velosipedçimiz “Rio-2016”ya lisenziya qazanıb

14648497003449663492_1000x669Azərbaycanın şosse velosipedi üzrə yığma komandasının üzvü Yelena Pavluxina bu ilin avqustunda Rio-de-Janeyroda keçiriləcək 31-ci Yay Olimpiya Oyunlarında iştirak hüququ əldə edib. Bununla bağlı Beynəlxalq Velosipedçilər İttifaqı (UCİ) tərəfindən Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinə və Azərbaycan Velosiped İdmanı Federasiyasına təsdiq məktubu göndərilib.
Yelena Pavluxina 4 illiyin zirvə yarışında ölkəmizi qadınlar arasında qrup yarışlarında təmsil edəcək.
Qeyd edək ki, Beynəlxalq Velosipedçilər İttifaqının reqlamentinə əsasən, qadın velosipedçilər Yay Olimpiya Oyunları keçirilən il mayın 31-dək klub və yığma səviyyəsində yarışlarda iştirak etməklə Olimpiadaya lisenziya xalları toplayırlar. 2015 və 2016-cı illərdə Avropa və Asiyada bir sıra yarışlarda uğurla çıxış edən Yelena Pavluxina, ümumilikdə 149 lisenziya xalı toplayıb ki, bu da Rio-de-Janeyroda qrup yarışlarında mübarizə aparacaq 67 velosipedçi sırasına düşmək üçün yetərli olub.
Fəaliyyətinin əsas istiqamətini idmançılarımızın beynəlxalq yarışlarda, o cümlədən Yay Olimpiya Oyunlarında iştirakına yönəldən Azərbaycan Velosiped İdmanı Federasiyasının Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi ilə ölkəmizdə velosiped idmanının inkişafı ilə bağlı sıx əməkdaşlığı, işlərin düzgün qurulması və ən başlıcası isə velosipedçilərimizin gərgin əməyinin nəticəsində onların Olimpiadaya qazandıqları lisenziyaların sayı 4-ə çatıb. Maksim Averin və Yelena Pavluxina Braziliyada şosse velosipedinin qrup yarışlarında, Olqa İsmayılova isə trek velosipedinin sprint və keyrin növlərində ölkəmizin idman şərəfini qorumaq hüququ əldə ediblər.

Bu xəbərə də bax

Azərbaycan Milli Olimpiya Komitəsinin Ədalətli Oyunlar Komissiyasının 20 illik yubileyi qeyd olunub

Sentyabrın 17-də Azərbaycan Milli Olimpiya Komitəsinin Ədalətli Oyunlar Komissiyasının (AzƏOK) 20 illik yubileyi qeyd olunub. …