23 iyun – Beynəlxalq Olimpiya Günüdür

1465633103527962109_1000x66923 iyun – dünyada Beynəlxalq Olimpiya Günü kimi qeyd olunur. Hər dörd ildən bir böyük səbrsizliklə izlədiyimiz Olimpiya Oyunlarının qədim olmaqla yanaşı həm də keşmekeşli tarixi var. Qədim Yunanıstanda əsası qoyulan Olimpiya Oyunları bir növ dinə sitayiş, ibadət nəzəriyyəsinə əsaslanırdı. Olimpiya Oyunlarında fiziki bacarıq mənəviyyatla, incəsənətlə vəhdət təşkil edirdi. Bu oyunların bərpası təşəbbüsünü isə XIX-cu əsrin sonlarında fransız ictimai xadimi baron Pyer de Kuberten verib. 1894-cü ildə Pyer de Kuberten Beynəlxalq Olimpiya Komitəsinin yaradılması təklifi ilə çıxış edir. Həmin konqresdə ilk Olimpiya Oyunlarının keçiriləcəyi yer də müəyyən olunub. 23 iyun 1884-cü ildə Sobron Universitetində Kuberten tərəfindən təşkil edilən Beynəlxalq Paris Konqresində rəsmi olaraq Olimpiya Hərəkatı və Beynəlxalq Olimpiya Komitəsinin (BOK) yaradılması elan edilib. Beləliklə ilk Oimpiya Oyunları 1896-cı ildə Yunanıstanın paytaxtı Afina şəhərində keçirilib.
Birici Olimpiya günü 1948-ci il iyunun 23-də dünyanın doqquz ölkəsində – Portuqaliya, Yunanıstan, Avstriya, Kanada, İsveçrə, Böyük Britaniya, Uruqvay, Venesuela və Belçikada qeyd olunmuşdur. Həmin gün Beynəlxalq Olimpiya Komitəsini prezidenti Ziqfrid Edstrom dünyanın bütün gənclərinə müraciətlə çıxış etmişdir. Sonralar Beynəlxalq Olimpiya Komitəsi prezidentinin Olimpiya günü ərəfəsində bayram iştirakçılarına müraciət etməsi ənənə şəklini almışdır. Komitənin mənzil-qərargahı İsveçrənin Lozanna şəhərində yerləşir. Hazırda Beynəlxalq Olimpiya Komitəsinə Tomas Bax rəhbərlik edir.
Üzərində 5 halqa olan Olimpiya bayrağının ideyasına görə halqalar 5 qitəni göstərir: göy, sarı, yaşıl, qara və qırmızı rəngli halqaların bir birinə keçirilməsi bu qitələr arasında dostluğu ifadə edir.
14656331033733262305_1000x669Dərisinin rəngindən, sosial, siyasi, dini əqidəsindən və idmana aid olmayan digər amillərdən asılı olmayaraq bütün qitələrin atletləri arasında vicdanlı, idman mübarizəsinin simvolu kimi qəbul edib.
1924-cü ildə Qış Olimpiya Oyunları təsis edilib. Əvvəllər yay və qış oyunları eyni ildə keçirilirdi, lakin 1994-cü ildə Qış Olimpiya Oyunlarının keçirilməsi yay oyunlarına nəzərən iki il irəli çəkilib.
1992-ci ildə Azərbaycan Milli Olimpiya Komitəsi yaradılıb. 1997-ci ildən Milli Olimpiya Komitəsinə İlham Əliyevin prezident seçilməsi isə Azərbaycanda Olimpiya Hərəkatının təkanı olub. Azərbaycan həmin il Barselonada keçirilən XXV Yay Olimpiya Oyunlarında da müstəqil dövlət kimi təmsil oluna bilməyib. Çünki komitə yaranıb Beynəlxalq Olimpiya Komitəsi tərəfindən tanınanadək lisenziya yarışları artıq başa çatmışdı.
Bu, dəfə ölkənin beş idmançısı Müstəqil Dövlətlər Birliyinin birləşmiş komandası tərkibində olimpiya oyunlarında iştirak etməli olublar. Bununla belə, Barselona olimpiya oyunları tariximizin yeni bir səhifəsi oldu. Bu oyunlarda Azərbaycan bayrağı qaldırıldı, Azərbaycan himni səsləndi.
Bu illər ərzində Milli Olimpiya Komitəsinin təşkilati və quruculuq işləri bir an belə səngiməyib. Artıq böyük şəhərlər də daxil olmaqla respublikada 50-dən çox Olimpiya mərkəzi var.
Milli Olimpiya Komitəsi 1996-cı ildən Beynəlxalq Olimpiya Gününü hər il qeyd edir. Müasir Olimpiya hərəkatının yaranması və Beynəlxalq Olimpiya Komitəsinin təsis olunması münasibətilə Olimpiya bayramında estafet yarışları təşkil edilir. Tədbirin əsas məqsədi Olimpiya hərəkatı və sağlam həyat tərzinin geniş əhali kütləsi arasında təşviq etməklə insanları, xüsusilə uşaqları, gəncləri və böyükləri Olimpiya hərəkatının fəal üzvlərinə çevirməkdən ibarətdir. Beynəlxalq Olimpiya Günündə məktəbli və tələbələr yarışlarda iştirak edirlər. Yarışlarda ilk üç yeri tutan iştirakcılar xüsusi mükafatlar və Beynəlxalq Olimpiya Komitəsinin (BOK) diplomları ilə təltif olunurlar.
İndiyədək Azərbaycan idmançıları Olimpiya Oyunlarında uğurlu nəticələr qazanıblar. Atlanta-1996 (1 gümüş), Sidney-2000 (2 qızıl, 1 bürünc), Afina-2004 (1 qızl, 4 bürünc), Pekin-2008 (1 qızıl, 2 gümüş, 4 bürünc), London-2012 (2 qızıl, 2 gümüş, 6 bürünc) Olimpiya Oyunlarında idmançılarımız ümumilikdə 6 qızıl, 5 gümüş, 15 bürünc medal əldə ediblər.

Bu xəbərə də bax

Qalib idmançılarla görüş keçirilib

Avqustun 17-19-da Latviyanın Riqa şəhərində cüdo üzrə yeniyetmələr arasında  keçirilən Avropa birinciliyində uğur qazanan “Gömrükcü” İdman …