2013-cü ilin yekunlarına həsr olunmuş tədbir keçirilib

IMG_1456
Dekabrın 30-da Dövlət Gömrük Komitəsi  İdman Sağlamlıq Mərkəzinin “Gömrükçü” İdman Klubunun 2013-cü ilin yekunları ilə bağlı tədbiri keçirilib.
Tədbirdə Dövlət Gömrük Komitəsi Daxili Təhlükəsizlik İdarəsinin şöbə rəisi, gömrük xidməti-polkovniki Elxan Əhmədov, Avropa və dünya çempionu Niyaməddin Paşayev, dünya mükafatçısı Rəşad Əhmədov, Olimpiya mükafatçıları Şahin İmranov, Ağası Məmmədov, tanınmış idmançı və məşqçilər, eləcə də KİV nümayəndələri iştirak edirdilər.
Tədbiri giriş sözü ilə açan  “Gömrükçü” İdman Sağlamlıq Mərkəzinin  baş direktoru Xəzər İsayev 2013-cü ilin klubun idmançıları üçün uğurlu və məhsuldar illərdən biri olduğunu diqqətə çatdırdı.

2013-cü ildə Dövlət  Gömrük  Komitəsinin İdman Sağlamlıq Mərkəzinin “Gömrükçü” İdman Klubu bir sıra uğurlu nəticələr əldə etmiş və peşəkar səviyyəli məşqçi-müəllimlərin əməyi sayəsində idmançılarımız respublikadaxili və beynəlxalq yarışlarda nailiyyətlər qazanıblar.
Müxtəlif tədbirlərin təşkili məqsədi ilə mərkəzin əməkdaşları respublika, şəhər və rayonlarda müvafiq ezamiyyələrdə olublar.
Xüsusi ilə qeyd etmək olar ki, “Gömrükçü” İdman Sağlamlıq Mərkəzinin rəhbərliyi və fəal təşkilatçılığı ilə Dövlət Gömrük Komitəsinin yaranmasının 21 illiyinə və Azərbaycan Xalqının ümummilli lideri  Heydər  Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr olunmuş silsilə tədbirlər təşkil olunub.
01 fevral 2013-cü il tarixindən 10 may 2013-cü il tarixədək Dövlət Gömrük Komitəsinin  17 dekabr 2002-ci il tarixli 089 saylı əmri ilə təsdiq olunmuş “Azərbaycan Respublikası gömrük orqanlarında xüsusi fiziki hazırlıq üzrə fəalliyyətin təşkilinə dair Təlimatın” tələblərinin yerinə yetirilməsi və gömrük orqanı əməkdaşlarının fiziki cəhətdən sağlamlığını təmin etmək məqsədilə Dövlət Gömrük Komitəsinin strukturuna daxil olan qurumlar arasında Azərbaycan xalqının ümummilli lideri  Heydər  Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr olunmuş futzal üzrə birincilik keçirilib.
30 aprel – 01 may 2013-cü il tarixində Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr olunmuş güllə atıcılığı üzrə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin açıq  birinciliyi keçirilib.
07 may 2013-cü il tarixdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə  həsr olunmuş şahmat  üzrə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin açıq birinciliyi keçirilmişdir.
24-25 dekabr 2013-cü il tarixdə sərbəst və yunan-roma güləşi üzrə kiçikyaşlı yeniyetmə və yeniyetmələr arasında açıq birincilik və 29 dekabr 2013-cü il tarixdə Dünya Azərbaycanlılarının Həmrəylik gününə həsr olunmuş, kiçikyaşlı yeniyetmələr və yeniyetmələr arasında  cüdo idman növü üzrə “Gömrükçü” idman Sağlamlıq Mərkəzinin açıq birinciliyi keçirilib.
Baş direktor Xəzər İsayev qeyd etdi ki, müxtəlif idman növlərinin Mərkəzdə yaradılması və inkişaf etməsi üçün müvafiq genişçeşidli tədbirlər görülür. Bu tədbirlər nəticəsində Mərkəzdə Olimpiya və qeyri-olimpiya idman novləri fəaliyyət göstərir. Cəmiyyətdə ictimai əsaslarla çalışan məşqçi-müəllimlər müvafiq idman növləri ilə məşğul olan idmançıları mərkəzə cəlb etməkdə davam edirlər. Gələcəkdə də bu cür layihələrin həyata keçirilməsi üçün idmançılarla və ictimaiyyətlə geniş müzakirələr aparılır. Bu idman  növləri  üzrə il ərzində mərkəzimizə 53 idmançı ərizə ilə müraciət etmiş və  İT və XFH şöbəsi tərəfindən bu idmançılarla müvafiq müqavilələr bağlanılmışdır.
Dövlət Gömrük Komitəsi Daxili Təhlükəsizlik İdarəsinin şöbə rəisi Elxan Əhmədov cəmiyyətin əməkdaşlarına yeni-yeni uğurlar arzuladığını bildirərək, çıxışında  ümummilli lider Heydər Əliyevin Azərbaycanın idman siyasətinin həyata keçirilməsi sahəsindəki xidmətlərinin əvəzsiz olduğunu qeyd etdi: “Ulu öndər idmançıların cəmiyyətdə rolunun artması, özlərinə layiqli yer tutmaları üçün əlindən gələni əsirgəməmişdir. Bu uğurlu siyasət rəhbərlik etdiyi bütün sahələrdə uğurlara imza atan cənab İlham Əliyevin Milli Olimpiya Komitəsinin prezidenti seçilməsi Azərbaycan idmanının həyatında mühüm və əlamətdar hadisə kimi tarixə yazıldı”. Elxan müəllim “Gömrükçü” İdman Mərkəzinin rəhbərliyinə dərin minnətdarlığını bildirərək, daim fəaliyyətlərində müvəffəqiyyətlər arzuladı”.
Mərkəzin baş direktoru Xəzər İsayev cənab İlham Əliyevin idman və bədən tərbiyəsinin tərəqqisi, Azərbaycanın dünya idman ailəsinin bərabərhüquqlu üzvünə çevrilməsi üçün atdığı addımlar ölkənin bütün idman ictimaiyyəti tərəfindən razılıqla qarşılanmasından danışdı: Biz idman cəmiyyəti olaraq bütün bu qazanılan nəticələrlə kifayətlənə bilmərik. Biz daha yüksək nəticələr qazanmağı qarşımıza məqsəd qoymuşuq.
İdmançılarımızın hər dəfə beynəlxalq arenalarda qazandıqları qalibiyyətlər, bayrağımızı ucaltmaları dövlətimizə şərəf gətirən amillərdir.
Azərbaycan Respublikası bu gün öz tarixinin çox şərəfli, böyük irəliləyişlər, inkişaf və tərəqqi dövrünü yaşamaqda olduğunu qeyd etdi və tədbirə qatılan bütün qonaqlara təşəkkürünü bildirdi.
Tədbirin yekununda Elxan Əhmədov və  Xəzər İsayev tərəfindən  2013-cü il ərzində fərqlənən idarə heyəti və idman içtimaiyyətinə bir sıra qiymətli hədiyyələr və fəxri fərmanlar təqdim olundu.
IMG_1626
IMG_1587
IMG_1487

Bu xəbərə də bax

AzƏOK-tərəfindən müxtəlif illərdə təsis olunan mükafatlar

AzƏOK 2007-ci ildən etibarən hər il ənənəvi olaraq idman ictimaiyyətinin diqqətini bu sahəyə cəlb etmək, …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.