20 Yanvar şəhidlərinin xatirəsinə açıq birincilik keçirilib

DSC_1499

Yanvarın 14-də Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin “Gömrükçü”  İdman Klubunun “20 yanvar” Şəhidlərinin 25 illiyinə həsr olunan şaolin döyüş sənəti idman növü üzrə açıq birinciliyi keçirilmişdir. Turnirdə iştirak edən idmançılar öncə Şəhidlər Xiyabanını ziyarət etmiş və daha sonra yarışlara start verilmişdir.

Yarışın açılışı mərasimində Milli Olimpiya Komitəsinin vitse-prezdenti, Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin Baş direktoru Xəzər İsayev, Yasamal rayon Gənclər və İdman İdarəsinin rəisi İlham Səfərov və Şaolin Federasiyasının vitse-prezidenti  Rafiq Əliyev iştirak etmişlər.

Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin baş direktoru Xəzər İsayev çıxışında yeniyetmə və gənclərimizin vətənpərvər ruhda yetişməsi, fiziki və zehni cəhətdən sağlam inkişaf etməsi, gələcəkdə layiqli bir vətəndaş kimi olmaqla yanaşı sabahın cəsur əsgəri timsalında püxtələşməsində bu kimi yarışların keçirilməsinin vacib olduğunu vurğuladı.

Düşmən tapdağı altında olan torpaqlarımızın azad olunması istiqamətində dövlət qurumlarının və birbaşa möhtərəm Prezidentimiz İlham Əliyev cənabları tərəfindən görülən işləri yüksək qiymətləndirərək, hər bir azərbaycan vətəndaşının bu istiqamətdə görülən işlərdə dövlətimizin və Prezidentimizin ətrafında sıx birləşərək yaxından köməklik etməsini yarış iştirakçılarının diqqətinə çatdırdı.

Azərbaycan Texniki Universitetinin idman zalında keçirlən çempionatda paytaxt və respublikanın digər şəhər və regionlarından olan 11 komandadan 101 idmançı mübarizə aparıb. Turnirdə kiçik yaşlı yeniyetmələr, yeniyetmə və gənclər arasında bütün yaş qrupu və çəki dərəcələri üzrə idmançılar qüvvələrini sınayıblar.

Məqsəd İdman Sağlamlıq Mərkəzinin “Gömrükçü” İdman Klubunda ən güclü idmançıları aşkara çıxartmaq, milli komandaya yeni idmançıları cəlb etməklə yanaşı kiçik kadetlər, kiçik yeniyetmələr,yeniyetmə və gənclər arasında vətənpərvərlik hisslərinin yüksəldilməsinə zəmin yaratmaqdır. Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən yarışın sonunda qalib adı qazanan idmançılara diplom, kubok qiymətli hədiyyələrlə təltif olunub.

DSC_1483

DSC_1477

DSC_1513

Bu xəbərə də bax

AzƏOK-tərəfindən müxtəlif illərdə təsis olunan mükafatlar

AzƏOK 2007-ci ildən etibarən hər il ənənəvi olaraq idman ictimaiyyətinin diqqətini bu sahəyə cəlb etmək, …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.