20 Yanvar şəhidi Müşviq İsayevin xatirəsinə beynəlxalq turnir keçirilib

gulesh_xatire_turniri_170115_17

“Sərhədçi” İdman Olimpiya Mərkəzində 20 yanvar şəhidi Müşviq İsayevin xatirəsinə həsr olunmuş sərbəst və yunan-Roma güləşi üzrə yeniyetmələr arasında sayca 18-ci beynəlxalq turnir başa çatıb. Turnirdə Azərbaycan güləşçiləri ilə yanaşı, Gürcüstan, İran, Qazaxstan, Rusiya və Özbəkistan idmançıları mübarizə aparıb.

Bu yarışda Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzi “Gömrükçü” İdman Klubunun güləşçiləri uğurla iştirak ediblər.

Belə ki, Kənan Şahbazov (54 kq) II, Röyal Ağamaliyev (46 kq) III, Elton Şahbazov (54 kq) yerə layiq görülüblər.

Məşqçisi: Məmmədov İlham Zəbulla oğlu

100 kq çəki dərəcəsində isə Əli Əminov yeniyetmələr arasında beynəlxalq turnirdə III yerə çıxıb.

Məşqçisi: Xəzər İsayev

Bu xəbərə də bax

AzƏOK-tərəfindən müxtəlif illərdə təsis olunan mükafatlar

AzƏOK 2007-ci ildən etibarən hər il ənənəvi olaraq idman ictimaiyyətinin diqqətini bu sahəyə cəlb etmək, …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.